Bu kanallara xəbərdarlıq EDİLDİ
21 noyabr 2022 17:49 (UTC +04:00)

Bu kanallara xəbərdarlıq EDİLDİ

Noyabrın 21-də Azərbaycan  Audiovizual Şurasının onlayn formatda iclası keçirib. İclasda şuraya daxil olmuş şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində "Space TV" və "MTV" redaksiyalarının (kanallarının) efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.

Şuradan Lent.az-a verilən xəbərə görə, "Space TV" redaksiyasının (kanalının) efirində oktyabrın 12-si və 13-də saat 12.00 -14.45 arası yayımlanan "Gəl danış" və "MTV" redaksiyasının (kanalının) efirində oktyabrın 18-si və 19-da saat 13.00 – 15.00 arası yayımlanan "Ümid ilə gəl" proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədib. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, "Media haqqında" qanunun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.

İclasda, həmçinin, "ATV" redaksiyasının (kanalının) efirində noyabrın 17-də "Media haqqında" qanunun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub. Belə ki, saat 12.00 – 13.50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.2.4-cü maddəsinin tələbinə ziddir.

Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş verib. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməyib və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.

Aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Space TV” redaksiyasına və "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasına xəbərdarlıq edib.

# 1827
avatar

Oxşar yazılar

FHN-in  növbəti yardımı   Türkiyəyə yola salınacaq - FOTO

FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO

6 fevral 2023 , 21:15
Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN  görüntüləri - VİDEO

Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN görüntüləri - VİDEO

6 fevral 2023 , 17:42
Gənc qız lotoreyada  36 milyon dollar   uddu

Gənc qız lotoreyada 36 milyon dollar uddu

6 fevral 2023 , 17:31
 Buraxılış imtahanlarının   şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

6 fevral 2023 , 16:41
Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

6 fevral 2023 , 16:21
Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ  -YENİLƏNİB

Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ -YENİLƏNİB

6 fevral 2023 , 14:05
Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

6 fevral 2023 , 13:52
Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ olması ehtimalı var? - RƏSMİ CAVAB

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ olması ehtimalı var? - RƏSMİ CAVAB

6 fevral 2023 , 13:23