Bölgələrdə niyə peşəkar həkim tapılmır? -  VİDEO
10 dekabr 2021 18:43 (UTC +04:00)

Bölgələrdə niyə peşəkar həkim tapılmır? - VİDEO

Son illər ölkəmizdə xəstəxanaların maddi-texniki bazası gücləndirilir, ölkəyə yeni tibbi texnologiyalar gətirilir, tibb müəssisələri təmir və bərpa edilir. Bütün bunlar təbii ki, səhiyyənin inkişafına hesablanan amillərdir. Amma bunlar problemi həll etməyə yetirmi? Təbii ki, xeyr. Müasir avadanlığı işlədə bilən yüksək hazırlıqlı kadr yoxdursa, o avadanlıq kimin nəyinə gərək? Yaxud da bölgələrimizdə təmir olunan, hər cür müasir texnologiya ilə təmin edilən xəstəxanalar kimin barmağına əlac edəcək? Axı çoxunun içi boşdur. Savadlı kadrlar bölgələrdə işləməkdən imtina edirlər. Xüsusilə hazırda Tibb Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti gələcək karyeralarını ya paytaxtdakı dövlət xəstəxanalarında, ya da özəl klinikalarda qurmağa üstünlük verirlər. Və ya tam əksinə diplomu əlinə alar-almaz üz tuturlar xarici ölkələrə. Bəs rayonlar? Oradakılar xəstələnmirmi? Onlara həkim lazım deyilmi? Gəncləri bu qərarı verməyə vadar edən nədir?

Tələbə Jalə Osmanlı deyir ki. bölgəyə yüksək maaş olarsa getmək olar: “Amma bu dəqiqə özəl klinikalar dövlət xəstəxanaları Bakıda yerləşdiyi üçün tələbələr burada yaşayıb burada işləmək istəyir. Əlbəttə ki, bölgələrində təcrübəli həkimlərə ehtiyacı var. Oda yüksək maaş üçün getmək olar”.

Tələbə Emil Zahirli əslində Almaniyada ixtisaslaşmaq istəyirdim və ondan sonra Azərbaycana qayıdıb, burada vətənimə xidmət etmək istəyərəm: “Paytaxtda həm xəstə sayı çoxdur həmdə düşünürəm ki, burada daha çox ehtiyac var. Düşünürəm ki, cavan yaşda bu mümkün deyil, hazır ki burada ixtisaslaşmış həkimlər ora getsə daha yaxşı olar. Karyera cəhətdən istəyirəm, əslində maddi cəhəti də var amma maddi cəhəti önəmli deyil əsas olaraq ixtisaslaşmaqdır”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyir ki, hazıra mövcud olan kadr çatışmazlığı və digər problemlərlə bağlı bəzi addımlar atılır: “Bəli, Azərbaycan səhiyyəsi yarıtmazdır, cəmiyyətin sifarişinə, müasir dövrün tələblərinə hələ axıradək cavab verə bilmir sistem olaraq. Amma deməzdim ki, qonşularından daha pisdir, Ən azından İrandan pis deyil, İnsanların o vaxtı İrana getməsi yalnız maddiyyatla bağlı idi. Amma düşünürəm ki, İcbari Tibbi Sığorta Agentliyinin yazılması ilə düşünürəm ki, İran sərhədi açılsa da arıq ora gedən insanları görməyəcəyik. Doğrudur bu gün regionlarda lazım olan proseslərin hamını həyata keçirə bilmirik. Amma proses gedir və yəqin ki, uğurla nəticələnəcək”.

Səhiyyədə peşəkar kadr çatışmazlığı özünü daha çox ana və uşaq ölümləri statistikasında biruzə verir. Hər birimiz üçün həssas olan bu problem təəssüf ki, illərdir həll olunmur: “Ana və uşaq ölümü keçən ilə görə azalsa da, hələ də pis vəziyyətdədir. Bu kadst potensialı ilə əlaqəli deyilik, sistemli problemdir. Əsas olan hökumətin bu vəziyyəti yaxşılaşdırmaq cəhddir və bu cəhdlər var. Yuxarı məmur səviyyəsində bu işi daha yaxşı anlayan gəşəng kadrlar təmsil olunmağa başladısa, deməli bu məsələ də biz müəyyən nəticələr əldə etməyə davam edəcəyik. Könül istəyən odur ki, bu sivil dünya səviyyəsinə düşsün amma hazıra ana və uşaq ölümlərinin sayı çox pisdir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudovun fikrincə,

bölgələrdəki həkim çatışmazlığının və peşəkar kadr qıtlığı məsələsinin həll olunması yalnız bir sıra həvəsləndirici mexanizmlərin tətbiq olunması ilə mümkündür: ”Tibb mütəxəssislərinin ölkədə sayının artırılması istiqamətində lazım olan işlər var bunlar görülməlidir, bunların içərisində əlbəttə ki ən əsas vacib şərtlərdən biri son illərdə əfsuslar olsun ki, xoş olmasa da beyin köçünün xüsusən həkimlər arasında xaricə gedişlərin və yaxud xaricdə ixtisaslaşmış kadrların ölkəyə dönməsi ilə əlaqədar 2015 və 16-cı illərdən əvvəlki dönəmlə müqayisədə tam tərsinə azalmanın müşahidə olması bir çox çətinliklərə səbəb olur. Onun üçün mən düşünürəm ki, belə var olan problemlərin həlli istiqamətində mütləq aidiyyəti qurumların ekspertləri və dünya təcrübəsindən məlumatı olan insanlar bir yerə toplanaraq bu problemi nə şəkildə həll edə bilərik nə qısa müddətli effekt almaq üçün həmdə əlbəttə ki 5 illik və 10 illik Azərbaycan səhiyyə siyasətinin dövlət siyasətinin daha effektiv bir şəkildə cəmiyyətə çatdırılması üçün mütləq biraz əvvəl dediyim kimi qısa orta və uzun müddətli strategiya bəlirlənməlidir”.

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, bölgələrdə olan həkim çatışmazlığı məsələsinə TƏBİB baxır. Elə TƏBİB-lə də əlaqə saxladıq. Oradan da “Bizim səlahiyyətimizdə deyil, məsələ İcbari Tibbi Sığorta Agentliyinin nəzarətindədir” cavabını aldıq. Beləcə növbəti döydüyümüz qapı adıçəkilən qurumun qapısı oldu. Bildirildi ki, bu mövzu üzrə müsahibə verə biləcək səlahiyyətli şəxs hazırda ezamiyyətdə olduğundan yalnız yazılı məlumat verə bilərlər.

Əlacımız kəsildi, razılaşdıq. Həmin mumiyalanmış açıqlamanı diqqətinizə çatdırırıq:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən kadr təminatını yaxşılaşdırmaq üçün “Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı” icra olunacaq. Proqram çərçivəsində 3 layihənin həyata keçirilməsi planlaşdırılır. Xaricdə təhsil almış həkimlərimiz ölkəmizdə çalışmağa cəlb ediləcək. Baş tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdə təcrübəyə cəlb ediləcəklər. Biomedikal mütəxəssislər hazırlanacaq.

Bax belə. Yəni ki, yaz gələr, yonca bitər, ölmə a xəstə, ölmə.

Səbr elə halva bişər ey qora səndən, bəsləsən halva olar tut yarpağından.

 

Bölgələrdə niyə peşəkar həkim tapılmır?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Oxşar yazılar