Bakıya  qar yağacaq   - XƏBƏRDARLIQ
06 fevral 2025 15:05 (UTC +04:00)

Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 8-də yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492

Oxşar yazılar