Bakının bu yollarında güclü tıxac var - SİYAHI
18 avqust 2021 09:08 (UTC +04:00)

Bakının bu yollarında güclü tıxac var - SİYAHI

Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində güclü sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hazırda tıxac olan yollar aşağıdakılardır:

1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq,Avtovağzal metro stansiyasının yaxınlığına qədər,20 Yanvar dairəsi istiqamətində) sıxlıq

2. Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə,Yol – nəqliyyat vasitələrinin çoxluğudur.

3. Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır.Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

4. Heydər Əliyev prospekti – Köməkçi yol- (Koroğlu metro stansiyasını keçdikdən sonra,Bağırov körpüsü istiqaməti,eyni zamanda Şəhər mərkəzi istiqamətində) sıxlıq

5. Alı Mustafayev küçəsi  -  Köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki,nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir.Səbəb olaraq,yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3012
avatar

Mehman Nəbiyev

Oxşar yazılar