Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Qaradağ, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə rayonun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.