Bakının bu ərazisində su kəsilib -  SƏBƏB
26 iyun 2021 11:38 (UTC +04:00)

Bakının bu ərazisində su kəsilib - SƏBƏB

İyunun 25-də gecə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Binəqədi rayonunun bəzi ərazilərinə suyun verilməsində məhdudiyyətlərə və ya təzyiqin zəif olmasına səbəb olub. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr çöbəsindən Lent.az-a verilən məlumata görə, qəza briqadaları əraziyə cəlb olunub və təmir-tikinti işlərinə başlanılıb.

“Azərsu” əhaliyə müraciət edib.

Qeyd edilir ki, havaların kəskin istiləşməsi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışır:

“Son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb.

Abonentlərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir.

“Azərsu” abonentlərdən xahiş edir ki, yay aylarında, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etsinlər, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməsinlər. Burada edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar