"BakıKart"a keçid süni olaraq gecikdirilir - BNA
08 yanvar 2021 11:30 (UTC +04:00)

"BakıKart"a keçid süni olaraq gecikdirilir - BNA

Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, görüşdə problemlər və qarşıda duran vəzifələrə toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Bildirilib ki, bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Qeyd olunub ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar