Bakıdan Təl-Əvivə uçuşlar bərpa olunur
08 mart 2024 13:05 (UTC +04:00)

Bakıdan Təl-Əvivə uçuşlar bərpa olunur

AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

Şirkətin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

# 2610
avatar

Oxşar yazılar