Ramazanın 27-ci gününün  imsak və iftar vaxtı
06 aprel 2024 00:05 (UTC +04:00)

Ramazanın 27-ci gününün imsak və iftar vaxtı

Bu gün Ramazan ayının iyirmi yeddinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 04:47-də, ifrat vaxtı saat 19:25-dir.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi yeddinci gününün duasını təqdim edir:

"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".

Tərcüməsi:

"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"
 

# 3585
avatar

Sevinc Fərid

Oxşar yazılar