Bakıda  dumanlı hava   nə vaxtadək davam edəcək? - AÇIQLAMA
30 mart 2023 11:02 (UTC +04:00)

Bakıda dumanlı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA


Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizi üzərində formalaşan duman cənub-şərq küləkləri vasitəsilə quruya doğru hərəkət etmişdir. Gündüz saatlarında havanın temperaturunun yüksək olması, gecə isə temperaturun aşağı enməsi (inversiya) nəticəsində yerə yaxın təbəqədə dumanın əmələ gəlməsinə səbəb olub.

Şabran, Cəfərxan, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 300-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667

Oxşar yazılar