Bakıda 3 marşrutun istiqaməti dəyişdirilir
02 avqust 2024 17:05 (UTC +04:00)

Bakıda 3 marşrutun istiqaməti dəyişdirilir

Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 3-də 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinədək (Gənclik parkı)) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi - 8 Noyabr prospekti ilə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar