Binə yolunda yeni piyada keçidi
03 aprel 2021 12:37 (UTC +04:00)

Binə yolunda yeni piyada keçidi

Bakıda 100 min əhalisi olan qəsəbədə YENİLİK - FOTOLENT

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən 100 minə yaxın əhalinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində əsaslı araşdırmalar aparılıb, mövcud nəqliyyat problemləri öyrənilib. 

Agentlikdən Lent.az-a verilən xəbərə görə, aşkar edilən problemlərin aradan qaldırılması istiqamətində mərhələli şəkildə müxtəlif tədbirlər həyata keçirilməkdədir. 

Bu istiqamətdə görülən işlər çərçivəsində növbəti önəmli addım atılaraq Əli İsazadə və Qəzənfər Musabəyov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, yol hərəkətində təşkilində nəqliyyat axınlarına uyğun dəyişikliklər həyata keçirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib. 

Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub. Nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Məlumat üçün bildirək ki, bundan öncə də Binə qəsəbəsində, Əli İsazadə və Fuad Aynalov küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda isə adıçəkilən qəsəbədə, Əli İsazadə küçəsində yerləşən “Ədalət parkı”nın qarşısında da bu istiqamətdə işlər aparılır. Həmçinin növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış layihə əsasında Binə qəsəbəsində yeni avtobus dayanacaq məntəqələri təşkil ediləcək, müvafiq yol nişanları quraşdırılacaq, nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidlərinin sayı artırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Mehman Nəbiyev

Oxşar yazılar