Bakıda 1 yaşlı uşağa səhv diaqnoz qoyuldu -  HƏKİMDƏN REAKSİYA
14 mart 2023 17:59 (UTC +04:00)

Bakıda 1 yaşlı uşağa səhv diaqnoz qoyuldu - HƏKİMDƏN REAKSİYA

Jurnalistin övladına səhv diaqnoz qoyan travmatoloq Şamama Cəfərova Lent.az-a açıqlama verib.

O, azyaşlıya səhv diaqnozun qoyulmadığını bildirib. Bununla bağlı, radioloq rəyi də alınıb. 

Həmin radioloq rəyini təqdim edirik:

***

14:44

Azərbaycanda həkim azyaşlı uşağa səhv diaqnoz qoyub.

Jurnalist Aytən Sakitqızı Lent.az-a açıqlamasında bildirib ki, hadisə “Baku Medical Plaza”da qeydə alınıb.

Onun sözlərinə görə, adıçəkilən klinikanın travmatoloqu Şamama Cəfərova onun 1 yaşlı qızına yalandan qolunun sınığı diaqnozunu qoyub:

“Qızım evdə oynayarkən qolunun üzərinə yıxıldı. Yaşı azdır deyə hər hansı bir sınıq və ya çıxıq olmasından qorxduq. Tez uşağı evimizə ən yaxın olan xəstəxanaya – “Baku Medical Plaza”ya apardıq. Orada işləyən travmatoloq Şamama Cəfərova qızımı rentgen edib, qolunda sınıq olduğunu və təcili gipsə qoyulmalı olduğunu dedi. Qızımın qolu gipsə qoyuldu. Bütün bunlara görə, ayrıca ödəniş tələb edildi. Səhəri günü isə o, qolunu rahat şəkildə hərəkət etdirə bilirdi. Axı, bu uşağın qolu sınıbsa necə hərəkət etdirə bilərdi? Şübhələndim, daha sonra qızımı Kliniki Tibbi Mərkəzdə yoxlanışa apardım. Orada bizi travmatoloq Fərman Nəsibov müayinə etdi. Fərman həkim qızımın qolunda sınıq olmadığını bildirdi”.

1 saylı Kliniki Tibbi Mərkəzin travmatoloqu Fərman Nəsibov Lent.az-a açıqlamasında uşağın rentgen şəklində heç bir sınıq əlamətinin olmadığını bildirib:

“Uşağı yenidən müayinə etdik və sınıq olmadığı müəyyən edildi”.

Məsələni aydınlaşdırmaq üçün “Baku Medical Plaza”nın travmatoloqu Şamama Cəfərova ilə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, həkim zənglərimizə cavab vermədi.

# 8331
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Hava XƏBƏRDARLIĞI

Hava XƏBƏRDARLIĞI

3 may 2024 , 16:48
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16