Bakı metrosunda NASAZLIQ
25 may 2022 18:53 (UTC +04:00)

Bakı metrosunda NASAZLIQ

"Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nasazlıqla əlaqədar xəttə köməkçi qatar. 

Digər marşrutlar üzrə qatarlar isə "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək sərnişindaşıma prosesini davam etdirirlər.

Hazırda hərəkətin tam tənzimlənməsi işi aparılır. İntervallar qısa müddətdə bərpa olunacaq.

Qeyd edək ki, "Memar Əcəmi" stansiyasına qədər olan sahədə intervaldan əlavə fərq 8-10 dəqiqə arası təşkil edib. Bu Yaşıl xəttin "Nizami-Memar Əcəmi" sahəsində ümumi qrafik üzrə olan fərqdir.

# 2124
avatar

Aytəkin Cəlali

Oxşar yazılar