Bakı-İstanbul marşrut xətti açılıb? - RƏSMİ CAVAB
31 avqust 2021 09:32 (UTC +04:00)

Bakı-İstanbul marşrut xətti açılıb? - RƏSMİ CAVAB

"Son vaxtlar sosial şəbəkələrdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-İstanbul-Bakı marşrut xətti üzrə reyslərin açıldığı və həmin reys üzrə 140 AZN tarif müəyyən olunduğuna dair elanlar paylaşılır".

Lent.az məlumat verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib. O qeyd edib ki, iddialara görə, Bakıdan İran sərhəddini keçməklə Naxçıvan vasitəsilə İstanbula səfərlər təmin edilir:

"Bu iddiaların heç bir hüquqi əsası yoxdur və yayılan məlumatlar reallığı əks etdirmir. Hazırda pandemiya ilə əlaqədar olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişindaşımaları fəaliyyət göstərmir.

Cari ilin 17 iyul tarixindən etibarən Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobusların fəaliyyəti bərpa edilib. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar