Bakı çovquna hazırdırmı? - XÜSUSİ GÖSTƏRİŞ  gəldi
18 yanvar 2021 13:25 (UTC +04:00)

Bakı çovquna hazırdırmı? - XÜSUSİ GÖSTƏRİŞ gəldi

Xəbər verdiyimiz kimi, Milli Hidrometeorologiya Xidməti tərəfindən Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur. 

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, havaların soyuq keçməsi ilə əlaqədar qurum rəhbərliyi tərəfindən bütün istilik sistemləri istismarı və xidmət sahələrinə gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı göstəriş verilib:

“İlk növbədə qazanxana və istilik məntəqələrindən yaşayış binalarına və sosial obyektlərə verilən istiliyin temperaturunun temperatur qrafikinə uyğun olaraq operativ tənzimlənməsinin həyata keçirilməsi, bundan başqa nəqliyyat və mexanizasiyaların işlək vəziyyətdə saxlanılması və gecə növbəsində işləyənlərin sayının artırılması barədə müvafiq tapşırıqlar verilib. 

Qəza təmir-bərpa və digər xidmətlərin məsul şəxslərinə öz xidmət sahələrində növbətçilik yaradılması barədə göstəriş verilib. 

Eləcə də mərkəzi dispetçer xidməti və çağrı mərkəzlərinin 24 saat ərzində fasiləsiz iş rejimi ilə bağlı müvafiq tapşırıq verilib”. 

R.Əliyev əlavə edib ki, hazırda payız-qış mövsümündə işləməsi nəzərdə tutulan 558 qazanxana və 90 istilik məntəqəsi normal rejimdə öz işini davam etdirir:

“Havaların necə keçməsindən asılı olmayaraq problem yaranacağı gözlənilmir. Əgər problem yaranarsa, dərhal operativ qayda da aradan qaldırılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar