Bağların kirayə haqqı niyə qalxır? - Səbəbi  AÇIQLANDI
07 iyun 2021 19:10 (UTC +04:00)

Bağların kirayə haqqı niyə qalxır? - Səbəbi AÇIQLANDI

“Yay mövsümü ilə bağlı bağ evlərinin kirayə haqqı hər il artır. Tələbin artması nəticəsində qiymətlərin bu il də qalxacağı istisna edilmir”.

Bu fikirləri Lent.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı

Ekspertin sözlərinə görə, son iki il ildə bu “ənənə” əvvəlki illərlə müqayisədə daha qabarıq müşahidə olunub:

“Pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olundu, insanlar yay ayında rayonlarda istirahət edə bilmədi. Bu səbəbdən ötən il Bakı və Abşeron ərazisində yerləşən bağ evlərinin qiymətində birdən-birə artım müşahidə etdildi. Bu il inzibati qərarlarda yumşalmanın olması qiymətlərdə hiss olunacaq”. 

Ramil Osmanlı bildirib ki, ötən illə müqayisədə bu yay bağ evlərinə təlabat azalacaq:

“Amma əvvəlki illərlə müqayisədə qiymətlərdə təxminən 30-35 faiz artım müşahidə olunur. Bu qısa müddətli tendensiyadır. Hesab edirəm ki, iyun ayının sonlarına doğru müraciətdə artım olacaq və təbii ki, bu da qiymətlərə öz təsirini götərəcək. Əlavə olaraq bağ evlərində kirayə haqqı 10-15 faiz artacağı istisna edilmir”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Nigar Adil

Oxşar yazılar