Azərbaycanlı "qanuni oğru"lar: 21-ci əsrdə kimlər, harda və necə öldürüldü?
22 sentyabr 2022 18:06 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru"lar: 21-ci əsrdə kimlər, harda və necə öldürüldü?

Rusiyanın kriminal mövzulardan yazan KİV-i 21-ci əsrdə öldürülən qanuni oğruların siyahısını tərtib edib. Lent.az-ın məlumatına görə, bu siyahıda Aslan Usoyan (Ded Xasan), Vyaçeslav İvankov (Yaponçik), Vladimir Maşinski (Malina), Viktor Kiselev (Kisel), Timofey Kapçenin (Timoxa Orenburqski) və digərlərinin adı var. Bəs görəsən, son 22 ildə neçə azərbaycanlı oğru öldürülüb? Bu sırada Sabirabadlı Hikmətdən tutmuş, “Albert Rıjı”ya qədər xeyli avtoritetin adı var. 

Qətlə yetirilənlərdən biri Mirseymur Abdullayevdir. O, 1963-cü ildə Nardaranda anadan olub və “Mirseymur Nardaranski” kimi tanınırdı. Mirseymur 2013-cü ilin may ayın 4-də  Moskvadakı “Peşera” gecə klubundan çıxarkən öldürülüb. 

2006-cı il aprelin 7-də yenə də Moskvada, Leninqrad şosesində kriminal aləmdə “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarov güllələndi.

Killerlər Hikmətə “Mercedes-500” markalı maşınına minəndə avtomat və tapançadan atəş açmışdılar. 

“Qoca Yasamalski” kimi tanınan Əlibala Həmidov isə 42 yaşında İstanbulda qətlə yetirilmişdi.

Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilmişdi.

1996-cı ildə məhkəmə zalında əyləşən Rövşən Canıyev elə oradaca qatili güllələmişdi. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtulmuşdu. 18 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülmüşdü. 

“Lotu Quli” kimi tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdu.

“Quli” 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı, N.Səlifov 48 yaşının tamam olmasına 9 gün qalmış Türkiyədə “Xan Əhmədlinski” tərəfindən qətlə yetirilb. 

Rusiyada kriminal aləmin tanınmış simalarından olan “Tima” ləqəbli azərbaycanlı avtoritet Teymur Məmmədov 2012-ci il sentyabrın 7-də öldürülüb. Əslən Göyçay rayonundan olan T.Məmmədov yaşadığı Tula şəhərində evinin önündə naməlum şəxslər tərəfində güllələnib. Azərbaycanlı kriminal avtoritetlərdən olan Baxşı Əliyev 8 aprel 2014-cü ildə vəhşicəsinə öldürülüb. 39 yaşlı oğru B.Əliyev Odessada “Veçerniy Baku” restoranında öldürülüb. 

Başqa bir oğru Rüfət Nəsibov 2013-cü il fevralın 2-də qətlə yetirilib. Onun “Ded Xasan” qruplaşmasının qurbanı olduğu bildirilir. Rüfətin cəsədi hələ də tapılmır. 

2017-ci il fevralın 2-də Rusiyada Siyavuş Zeynalov başından güllələnib. Hadisə Xanti-Mansiyksdə baş verib. Əslən Ağdam rayonundan olan Siyavuş Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. 

“Lotu Hikmət”in yaxın dostu 2017-ci ilin avqustunda Moskvada yaşadığı binanın qarşısında avtomobilinə əyləşəndə qətlə yetirilib. Ona 5 güllə vurulub. 

“Lotu Hikmət”in  yaxın qohumu “Qorbatı Ramiz” kimi tanınanı Ramiz Muxtarov 2010-cu ildə qətlə yetirilib. Həmin vaxt onun meyitini tapmaq mümkün olmayıb. 9 aydan sonra onun meyiti tapılaraq Sabirabada gətirilib və anadan olduğu Kürkəndində dəfn edilib. 

2021-ci ilin aprelində kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan Əli Heydərov Moskvada qətlə yetirilib.

Onu yaşadığı binanın idman zalında güllələyiblər. “Albert Gəncinski” “Ded Xasan” tərəfindən Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin olunmuşdu. Onun qatili qısa müddətdə tapılmışdı.

# 7287
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10