İsrail–İordaniya sərhədində ATIŞMA:  ölənlər var
19 sentyabr 2025 02:47 (UTC +04:00)

İsrail–İordaniya sərhədində ATIŞMA: ölənlər var

0

İsrail və İordaniya sərhədində baş verən atışma nəticəsində iki nəfər həyatını itirib.

Lent.az xəbər verir ki, atışma “Allenbi” nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib.

“Hadisə zamanı yaralanan təxminən 60 yaşlı kişi və 20 yaşlarında gənc aldıqları xəsarətlərdən ölüblər”, – deyə məlumatda qeyd olunur.

Hücum edən şəxs İsrail hərbçiləri tərəfindən “zərərsizləşdirilib”.

İlkin məlumata görə, atəşi Qəzza zolağındakı fələstinlilərə humanitar yardım aparan yük maşınının sürücüsü açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar