Azərbaycanın bu rayonlarına yağış yağır
15 fevral 2024 13:21 (UTC +04:00)

Azərbaycanın bu rayonlarına yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Qurumdan Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5763
avatar

Arzu Qurbanlı

Oxşar yazılar