"Azərbaycanfilm" kinostudiyasındakı partlayışla bağlı  yeni AÇIQLAMA
27 iyun 2025 16:59 (UTC +04:00)

"Azərbaycanfilm" kinostudiyasındakı partlayışla bağlı yeni AÇIQLAMA

İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayışda bina zərər görməyib, xəsarət alan yoxdur. Baş verən hadisə ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

Kinostudiyadan Lent.az-a verilən məlumatda bildirilib ki, kinostudiyanın arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Qeyd olunub ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484

Oxşar yazılar

Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

12 avqust 2025 , 09:48