Qaxda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:04-də Zaqatala stansiyasından 23 km cənubda Qax rayonunda qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.
Zəlzələnin maqnitudası 2.9, dərinliyi 10 km olub.