Azərbaycanda tanınmış professor Buludxan Xəlilov vəfat edib.
Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov ötən gecə dünyasını dəyişib.
B.Xəlilovun ölümünə səbəb uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.
Xəlilov Buludxan Əziz oğlu 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub.