Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.
Lent.az xəbər verir ki, 15 sentyabrda başlayan 2024-2025-ci tədris ili 14 iyunda başa çatır.
Elm və Təhsil Nazirliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib.
2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.
2024-2025-ci tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.