Azərbaycanda polis rəislərinə birbaşa müraciət etmək olacaq - VİDEO
14 avqust 2025 14:58 (UTC +04:00)

Azərbaycanda polis rəislərinə birbaşa müraciət etmək olacaq - VİDEO

Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir. 

Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır. 

Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür. 

Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar