Samir Məhərrəmov
03 iyun 2021 17:15 (UTC +04:00)

Samir Məhərrəmov

Azərbaycanda peyvənd vurulandan sonra ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Samir Məhərrəmov peyvənd vurulduqdan sonra may ayının 29-da vəfat edib.

Lent.az xəbər verir ki, yaxınları onun ölümünə peyvəndin səbəb olduğunu iddia edir. 

Samir Məhərrəmova mayın 27-də Çin istehsalı olan "CoronaVac" peyvəndinin birinci dozası vurulub. 

Yaxınlarının iddiasına görə, peyvəndlənmədən sonra Samir Məhərrəmovun halı pisləşdikdən sonra ailə onu Nəsimi rayonundakı “Baku Medical Plaza”ya yerləşdirib.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Samir Məhərrəmovun ölümünə səbəb peyvənd olmayıb.

TƏBİB-dən Lent.az-a bildirilib ki, Samir Məhərrəmovun ölümünün peyvəndlə əlaqəsinin olub-olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır:

“Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31860
avatar

Nigar Adil

Oxşar yazılar