Azərbaycanda koronavirusdan ölən var - STATİSTİKA
12 mart 2023 17:28 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölən var - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 828 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

Ölkədə son sutka ərzində 1 114, hazırkı dövrədək isə 7 541 312 test aparılıb.

# 2028
avatar

Oxşar yazılar