Azərbaycanda İLK:  Canlı efirdə pələnglə şou göstəriləcək - VİDEO
30 mart 2023 16:53 (UTC +04:00)

Azərbaycanda İLK: Canlı efirdə pələnglə şou göstəriləcək - VİDEO

Bakı Dövlət Sirki ilkə imza atacaq.

Lent.az xəbər verir ki, Bakı Dövlət Sirkinin təşəbbüsü ilə Azərbaycan teleməkanında ilk dəfə “Xəzər axşamı” verlişində canlı efirdə pələnglə şou göstəriləcək.   

Hazırda Bakı Dövlət Sirkində nümayiş olunan “DZİVA” şousunun iştirakçısı, təlimçi Rostislav Qavrıliv sevimli pələnglərindən biri olan “Baby” ilə ekran başında əyləşən tamaşaçıların görüşünə gələcək. Şou 30 mart saat 18:00–da “Xəzər axşamı” verilişində baş tutacaq.

“DZİVA” şousunun süjet xəttinin əsas elementi olan “Big cat show” ilə yanaşı hava gimnastı Darya Lichman və Pavel Rujilo da canlı efirdə qonaq olacaqlar.


 

Bakı Dövlət Sirkindən bir ilk

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Nigar Namiq

Oxşar yazılar