"Ölkədə daha çox refraksiya anomaliya göz problemləri ilə bağlı müraciətlərin sayı çoxalıb".
Lent.az bildirir ki, bu fikirləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov
"Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Masallı, Gəncə, Şəki filialları daxil olmaqla, refraksiya anomaliyaları, büllurun patologiyası – katarakta (15,3%), infeksion və iltihabi xəstəliklərı (14,4%), buynuz qişanın müxtəlif patologiyaları (keratokonus, bulanmalar və s.) (9,8%), görmə üzvünün müxtəlif zədələri (8,4%), qlaukoma (4,6%), presbiopiya (3,7%), görmə sinirinın və torlu qişanın müxtəlif patologiyları (3,3%), şəkərli diabetin fəsadları (2,7%) göz problemlərindən müraciətlərin sayı çoxluq təşkil edir".