Azərbaycanda bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
11 sentyabr 2023 10:15 (UTC +04:00)

Azərbaycanda bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı: Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.

Duman: Qrız, Lerikdə müşahidə olunub.

Havanın maksimal temperaturu: Sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4857
avatar

Oxşar yazılar