Azərbaycanda baş həkim vəfat etdi - FOTO
14 iyun 2022 16:47 (UTC +04:00)

Azərbaycanda baş həkim vəfat etdi - FOTO

Göygöl rayon Mərkəzi Xəstəxanasının direktor müavini, baş həkim Eldar Muradov bu gün vəfat edib.

Bu barədə Lent.az-a TƏBİB-dən xəbər verilib:

"TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və TƏBİB-in kollektivi Eldar Muradovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər" - məlumatda bildirilib.

Qeyd edək ki, Eldar Muradov 1957-ci il mayın 3-də anadan olub. 1982-1983-cü illərdə Göygöl rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.

1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.

Eldar Muradov

# 3411
avatar

Oxşar yazılar