Azərbaycanda 8-ci sinifdə  oxuyan qızı nişanladılar   - 3 aydır məktəbə gəlmir
15 iyun 2024 14:00 (UTC +04:00)

Azərbaycanda 8-ci sinifdə oxuyan qızı nişanladılar - 3 aydır məktəbə gəlmir

Gəncədə məktəbli qız nişanlanıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda bildirilir ki, 8-ci sinifdə oxuyan 14 yaşlı qızı 23 yaşlı oğlana nişanlayıblar.

İddialarda toy mərasiminin bu yay baş tutacağı deyilir. Həmçinin yeniyetmənin artıq 3 aydır məktəbə gəlmədiyi də qeyd olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4917
avatar

Oxşar yazılar