Ataların  DİQQƏTİNƏ  : Əlavə məzuniyyət haqqınız var
02 iyul 2021 12:10 (UTC +04:00)

Ataların DİQQƏTİNƏ : Əlavə məzuniyyət haqqınız var

“Azərbaycanın Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bu barədə Lent.az-a verilən məlumata görə, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə beş təqvim günü müddətində əlavə məzuniyyət verilir:

“Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ var. Bu maddə ilə müəyyən edilən əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır”.

Məlumatda qeyd edilib ki, sözügedən maddə ilə müəyyən edilən əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118 (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər), 119 (Fizioloji keyfiyyətləri ilə bağlı işçilər), 120 (Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər) və 121-ci (Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilər) maddələrində göstərilən işçilərə verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar