Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradıldı
23 sentyabr 2020 10:51 (UTC +04:00)

Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradıldı

Peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan komissiya apelyasiya müraciətlərinə baxılması üçün sentyabrın 23-dən 25-dək fəaliyyət göstərəcək. 

Apellyasiyada ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha əvvəl müraciət etməyən şəxslər iştirak edə bilərlər. Daha əvvəl hər hansı peşə təhsili müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə iştirak edə bilməzlər. 

Apellyasiyada iştirak üçün vətəndaş şəxsi kabinetinə daxil olmalı, “Apellyasiyaya müraciət et" bölməsində görüş üçün vaxt götürməlidir. Görüş üçün vaxt yalnız sentyabrın 23-25-i tarixlərində seçilə bilər. Nəzərə alınmalıdır ki, görüş vaxtı yarımsaatlıq intervalla bölünüb və hər bir intervalda say limiti qoyulub. Limit dolduqdan sonra həmin yeri seçmək mümkün deyil. Vətəndaş vaxt seçdikdən sonra onun apellyasiya müraciəti təsdiqlənmiş hesab edilir və qeyd etdiyi vaxtda onunla onlayn görüş təşkil olunur. Müraciət edən şəxs mütləq şəkildə onunla təyin edilən görüş vaxtı şəxsi kabinetinə daxil olmalı, orada göstərilən görüş linkinə keçid etməlidir. Qeyd edilən intervalda görüş linkinə daxil olmayan şəxslərin müraciəti “apellyasiyada iştirak etmədi” kimi nəzərə alınacaq və onlara yenidən müraciət etmələri üçün əlavə şərait yaradılmayacaq.

Müraciətçilərin mütləq şəkildə əməl etməli olduqları qaydalar var. Belə ki, ilkin olaraq şəxsi kabinetdən görüş tarixi seçilməlidir, seçilən görüş intervalında vətəndaş kompüter qarşısında olmalı və şəxsi kabinetindəki görüş linkinə daxil olmalıdır, görüşdə müraciətçi şəxsən iştirak etməlidir, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və attestatın əsli yanında olmalıdır. Görüşdə vətəndaşın müraciəti dinləniləcək və müvafiq dəstək göstəriləcək, müraciət üçün Agentliyə yaxınlaşmağa ehtiyac yoxdur.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili  müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə sentyabrın 4-14-də elektron qaydada həyata  keçirilib. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014, ümumilikdə isə 14 950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar

Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13