Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, onlardan 970 nəfəri əlilliyi olan şəxslər, 659 nəfəri məcburi köçkünlər, 87 nəfəri şəhid ailəsi üzvləri, 78 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunanlar, 57 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir.
Ozünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalanmaları təmin ediləcək. Bu il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi işləri aparılır.