Həftənin ilk iş günü hava belə olacaq  - PROQNOZ
14 iyun 2020 12:23 (UTC +04:00)

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-34, Bakıda  gecə 20-22, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz  35-45 faiz təşkil edəcək.  

15 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 19-21, gündüz  34-39, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18406
avatar

Oxşar yazılar