Gürcüstandakı Azərbaycan məktəblərinə dərslik göndərildi
22 sentyabr 2020 14:37 (UTC +04:00)

Gürcüstandakı Azərbaycan məktəblərinə dərslik göndərildi

Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Son 5 ildə Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar