Çay sularımızda bakteriyaların miqdarı yüz dəfələrlə çoxdur
01 sentyabr 2020 14:21 (UTC +04:00)

Çay sularımızda bakteriyaların miqdarı yüz dəfələrlə çoxdur

Azərbaycanın su ehtiyatlarının 70 faizi transsərhəd sulardan asılıdır. Ona görə su ilə bağlı problem ölkədə həmişə olub və getdikcə də kəskinləşir.

Lent.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə "Respublika" qəzetində açıqlayıb.

O bildirib ki, hələ 2013-2014-cü illərdə Coğrafiya İnstitutu ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə Azərbaycanda su problemlərinə həsr olunmuş 2 beynəlxalq elmi-praktiki konfrans və “Dəyirmi masa”, forum, eləcə də bu günə qədər onlarca elmi seminar keçirilib: “Hələ onda ölkədə su qıtlığı özünü kəskin büruzə vermirdi, lakin coğrafiyaçı alimlər uyğun tədbirlər görülməsə, yaxın gələcəkdə bu problemin kəskinləşəcəyini proqnozlaşdırmışdılar.  Su ilə bağlı tədbirlərdə həmsərhəd ölkələrin tranzit çay sularının həddindən artıq çirklənməsini coğrafiyaçılar dəfələrlə müzakirə edib. 1980-ci illərin sonlarından bu dövlətlərin heç bir müəssisəsində təmizləyici qurğular işləmədiyindən həmin dövlətlərin ərazisindən atılan çirkab sularını qəbul edən transsərhəd çaylar çirkləndirir. Çay suyunda olan zərərli kimyəvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, mədə-bağırsaq basilləri, bakteriyalar isə yüz dəfələrlə artıqdır. Alimlər Ermənistan və Gürcüstan respublikalarının transsərhəd suların istifadəsində məsuliyyət daşımaları üçün onların Beynəlxalq Konvensiyaya qoşulmalarını zəruri hesab edirlər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38