Bayram günlərində hava bu insanlar üçün əlverişli olacaq - PROQNOZ
20 mart 2020 12:44 (UTC +04:00)

Bayram günlərində hava bu insanlar üçün əlverişli olacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda  gecə 5-7° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 763 mm civə sütunundan  767 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz  50-55 % olacaq.

Martın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı  ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi  arabir güclənəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2326
avatar

Oxşar yazılar

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

28 iyun 2024 , 10:01
Bakıda bu yollarda sıxlıq var - Siyahı

Bakıda bu yollarda sıxlıq var - Siyahı

28 iyun 2024 , 08:22
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

28 iyun 2024 , 05:25
Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21