60 yaşlı kişi  12 yaşlı qızı zorlayıb? - RƏSMİ CAVAB
09 iyul 2022 16:35 (UTC +04:00)

60 yaşlı kişi 12 yaşlı qızı zorlayıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə 12 yaşlı qızın 60 yaşlı kişi tərəfindən zorlanması ilə bağlı məlumatlar paylaşılır.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-ın sorğusuna cavab olaraq  bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı RPŞ-yə müraciət edib.

Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib.

 Həmin şəxs barəsində cinayət işinin başlanması rədd edilib. Bundan başqa qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb.

# 4524
avatar

Aytəkin Cəlali

Oxşar yazılar