49 nömrəli avtobuslarda  işləməyən kondisionerlərlə   bağlı AYNA-dan CAVAB
31 iyul 2025 13:24 (UTC +04:00)

49 nömrəli avtobuslarda işləməyən kondisionerlərlə bağlı AYNA-dan CAVAB

Havaların həddindən artıq isti keçməsinə baxmayaraq, 49 saylı marşrut avtobuslarında kondisionerlər işləmir. Sürücülərdən bunun səbəbini soruşanda müxtəlif bəhanələr gətirirlər. Bəziləri açıq şəkildə etiraf edir ki, avtobusların bir çoxunda kondinsioner sistemi işləmir. Bunun səbəbi isə həmin marşrut xəttində daşıma şirkətinin istifadə etdiyi avtobusların çoxunun köhnə olmasıdır. Bəzi sürücülər isə kondinsioner işləməməsinin səbəbini sərnişinlərin pəncərələri açması ilə izah edirlər. Amma bu dəhşətli isti havada kondinsioneri işlətməməyin səbəbini sərnişinlərin boynuna qoymaq sadəcə bəhanə kimi səslənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, sözügedən marşrutun daşıyıcısına sərinləndirmə sistemlərinin işlək vəziyyətdə olması ilə bağlı xəbərdarlıq edilib:

“Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir, havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı tərəfimizdən məsələ diqqətdə saxlanılır.

Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar