Kirovqrad vilayətinin bir neçə yaşayış məntəqəsinə noxud boyda dolu yağıb.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, “buz güllələri”nin yağması 40 dəqiqə davam edib.
Yerli sakinlər bağlarda hər şeyin yararsız vəziyyətə düşməsindən şikayət ediblər. Nə pomidor, nə də çuğundur bitkiləri olan sahələr su altında qalıb.