
Şeyx müsəlmanları təbrik etdi
QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Şeyxülislam İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edib, Allah-taaladan oruclarının qəbul, dularınının müstəcab olmasını diləyib: “Müqəddəs Kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır – bu ayda müsəlmanlara oruc tutmaq vacib buyrulub, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilib. Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə, Allah-taalanın mərhəmətinə şükr edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin dini sahəyə verdiyi önəmi xalqımızla həmrəyliyin, milli-mənəvi dəyərlərə xüsusi qayğının və Azərbaycan müsəlmanlarına böyük hörmətin göstəricisi kimi qiymətləndiririk. Bu şərafəti bizə nəsib edən Allah-Təalaya duamız budur ki, Öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan bizi hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun. Bu əziz gündə Ulu Yaradanımızın qibləsinə üz tutub, dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah orucunuzu qəbul eləsin! Bayramınız mübarək olsun!”
Oxşar yazılar

Sabahın HAVA PROQNOZU
13 may 2025 , 12:30
"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44