Bayram günlərində hava və tibbi-meteoroloji proqnoz
29 avqust 2011 13:49 (UTC +04:00)

Bayram günlərində hava və tibbi-meteoroloji proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Avqustun 31-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub küləyi 8-13, gündüz arabir 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Sentyabrın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 17-21, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 30-da əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Cənub küləyi 5-10 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Avqustun 31-i və sentyabrın 1-də də hava əsasən yağmursuz keçəcək, səhər bəzi dağlıq ərazilərdə duman gözlənilir.

Cənub küləyi 5-10 m/s, avqustun 31-də dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə 16-21, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə istgi olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar