Dövlət Dəniz Administrasiyası hesabat verəcək
27 avqust 2011 16:51 (UTC +04:00)

Dövlət Dəniz Administrasiyası hesabat verəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarında dəyişiklik edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklikdə qeyd olunur ki, Dövlət Dəniz Administrasiyasına tapşırılsın ki, Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Maliyyə Nazirliyinə təqdim etsin.

Qeyd edək ki, bu qaydalar Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının, fərqlənmə nişanlarının daşınması qaydasını, xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsvirlərini və təchizat normalarını tənzimləyir. Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçiləri və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvləri xidməti geyim formalarına malikdirlər.

Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvləri üçün gündəlik və parad-çıxış xüsusi geyim formaları tərtib edilərək, ilin mövsümündən asılı olaraq yay və qış xidməti geyim formasına ayrılır. Xidməti zərurətlə əlaqədar olaraq kombinezon, qoruyucu ayaqqabılar, dəbilqə, qoruyucu gözlüklər, əlcək, fırtına gödəkcəsi və çantadan ibarət xüsusi geyim dəstindən də istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar