“İrəli” İctimai Birliyi müsabiqə elan edib
27 avqust 2011 16:41 (UTC +04:00)

“İrəli” İctimai Birliyi müsabiqə elan edib

“İrəli” İctimai Birliyi və Dünyaya baxış təşkilatı yeni müsabiqə elan edib. Lent.az-ın məlumatına görə, “De-institusionalizasiya” mövzusunda olacaq müsabiqə “De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilir.
Məlumata görə, müsabiqə üçün hazırlanan materiallar “nədir və nə üçün lazımdır?”, “De-institusionalizasiya və alternativ qayğı sahəsində görülən işlər, mövcud problemlər və onların həll yolları”, “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” kimi məsələləri əhatə edəcək.
“İrəli” İctimai Birliyindən aldığımız məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd KİV nümayəndələri, bloqqer, fotoqraf, aktiv gənclərin, eyni zamanda cəmiyyətin diqqətini bu mövzuya yönləndirərək ictimai məlumatlılığın düzgün şəkildə və qısa zamanda artırılmasıdır.
Müsabiqə şərtlərinə görə, təqdim olunan yazılar 300 sözdən, telesüjetlər, radio proqramlar və video çarxlar isə 2 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 2 dəqiqədən az olmayan telesüjet, radio proqramı və video çarxlar da təqdim oluna bilər) az olmamalıdır. İştirakçılar yazılı materialın çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsini, elektron KİV-də və ya sosial şəbəkələrdə yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyasını, video süjetləri isə DVD-də olmaqla 15 sentyabr 2011-ci il tarixinədək “İrəli” İctimai Birliyində layihə rəhbəri Sevinc Sultanovaya təqdim etməlidir. Yazıların elektron forması isə [email protected] ünvanına göndərilməsi planlaşdırılıb.

Sonda onu əlavə edək ki, müsabiqəyə təqdim olunmuş materiallar “İrəli” İctimai Birliyində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Nominasiyalar üzrə 1- ci yerin qalibləri pul mükafatı ilə mükafatlandırılacaq. 10 nominasiyanın hər biri 100 AZN məbləğində mükafatla təltif olunacaq.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar