Bakıda havanın temperaturu 16 dərəcəyədək düşəcək
27 avqust 2011 00:10 (UTC +04:00)

Bakıda havanın temperaturu 16 dərəcəyədək düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə avqustun 27-də arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında lokal leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-11 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094

Oxşar yazılar