Bakı-Sumqayıt marşrutunda süni qiymət artımının qarşısı alındı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sərnişindaşıma sahəsində apardığı monitorinqlər zamanı Bakı-Sumqayıt marşrutu ilə sərnişindaşıma xidmətləri göstərilməsi zamanı süni qiymət artımına yol verildiyi və sərnişinlərdən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş məbləğlərdən artıq gediş haqqı alındığı müəyyən edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tarif Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən, Bakı-Sumqayıt marşrutu üzrə Sumqayıt şəhərinə qədər gediş haqqı 35 qəpik təşkil etdiyi halda, Ceyranbatan qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda sərnişinlərdən əlavə 5 qəpik, Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda isə Sumqayıtın girişinədək gedən sərnişinlərdən 15 qəpik artıq gediş haqqı alındığı aşkar olunub.
Görülmüş tədbirlər nəticəsində bu marşrutlarda süni qiymət artımının qarşısı alınıb və gediş haqlarının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilmiş qiymətlərə uyğunlaşdırılması təmin edilib. Monitorinqlər zamanı Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişinlərdən artıq gediş haqqı alınması halları müəyyən edilməyib.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35