Uşaq Rəsm Qalereyası: valideynlər həyəcan təbili çalır...
Tofiq İsmayılov adına Dövlət Uşaq Rəsm qalereyasının ərazisi bir qrup şəxs tərəfindən mənimsənilir. Bunu Lent.az-a məktubunda adı çəkilən qalereyada rəssamlıqla məşğul olan uşaqların valideynləri bildiriblər.
Məktubda qalereyanın 1983-cü ildə Heydər Əliyev tərəfindən uşaqlara bağışlanıldığını vurğulanır: “Bu qalereya ölkəmizdə dövləti təmsil edən yeganə uşaq rəsm və incəsənət mərkəzidir. Bura eyni zamanda böyük bir məktəbdir. Qalereyada rəssamlıq, xalçaçılıq, “Bacarıqlı əllər” kimi dərnəklər mövcuddur. Qalereyamızın yetişdirdiyi gənclər hər il Ə.Əzimzadə adına Dövlət Rəssamlıq texnikumuna, Dövlət Rəssamlıq İncəsənət Universitetinə və Dövlət Rəssamlıq Akademiyası kimi ali təhsil ocaqlarına daxil olurlar”.
Valideynlər qalereyadakı vəziyyəti bu cür təsvir ediblər: “Heydər Əliyeva adına Fond incəsənətlə əlaqəli müəssisələrin təmiri üçün daima vəsait ayırır. Amma qalereyadakı uşaqlar köhnə, yararsız molbertlər üzərində rəsm əsərləri işləmək məcburiyyətində qalıblar”.
Məktubda bildirilir ki, qalereyanın ərazisini mənimsəməyə çalışan şəxslər əməllərinə “dövlət əhəmiyyəti” verməyə çalışırlar: “Bir qrup şəxs qəsdən qalereyanı işlək vəziyyətdən salıblar. Onlar qalereyanın Azadlıq prospektinə çıxan hissəsində yerləşən studiyadan anbar kimi istifadə etməklə, köhnə mebel, tikinti qalıqları doldurmaqla əvvəlcə bu hissəni satmaq, daha sonra digər hissələri də eyni hala salmaqla, ümumiyyətlə, uşaqların əlindən almaq istəyirlər”.
Qalereyanın müəllim və işçi kollektivinin valideynlərə cavabı isə maraqlı olub: “Bizə dedilər ki, T.İsmayılov adına Uşaq Rəsm qalereyası üçün nə zamansa kompleks bina tikiləcək və bu qalereya ora köçürüləcək. Qalereya Təhsil Nazirliyinin nəzdindədir. Bəlkə hansısa bir müəssisənin tərkibində deyil, müstəqil fəaliyyət göstərsəydi, heç zaman belə təcavüzlərə məruz qalmazdı. Qalereyanın ünvanı neçə illərdir əməkdaşlıq etdiyimiz xarici ölkələrin incəsənət ocaqlarında, qalereyalarında fəxri siyahıdadır”.
Sonda onu əlavə edək ki, valideynlər eyni məzmunlu məktubla Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər: “Sizin müəyyən xarici ölkələrə səfərləriniz zamanı respublika üzrə yığılaraq seçilmiş və özünüzlə hədiyyə apardığınız rəsmlərin içərisində qalereyada tədris keçən uşaqların də rəsmləri olub. Bu haqsızlığa son qoymağınızı, köməklik göstərməyinizi artıq dərəcədə rica edirik”.
Təhsil Nazirliyini Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov Lent.az-a açıqlamasında heç bir mənimsəmənin olmadığını bildirdi: “Bu obyekt dövlətindir. Adı çəkilən qalereyanın bir hissəsinə uşaq yaradıcılıq mərkəzinin filialının biri və müəyyən şöbələr köçürülür deyə sıxlıq yaranıb. Əgər qanunun tələbləri gözlənilməklə obyektin bir hissəsi başqa müəssisəyə verilirsə, burda zəbt olunmaqdan söhbət gedə bilməz”.
A.İbrahimov qalereyanın direktoru Aynurə Həşimovanın əlaqə nömrələrini bizə təqdim etsə də, onun rəyini öyrənmək mümkün olmadı.
Nailə R.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35