Misir Mərdanov Avropa Gənclər Kartının tətbiq olunmasını dəstəkləyib
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Jarkko Lehikoynen bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini məhz Azərbaycana etdiyini nəzərə çatdırıb.
Rəhbərlik etdiyi qurum haqqında məlumat verən Jarkko Lehikoynen qeyd edib ki, 1985-ci ildən iki ölkədə − Fransa və Şotlandiyada gənclərə müxtəlif istiqamətlərdə güzəştlər təklif edən vahid Gənclər Kartı tətbiq olunmağa başlanıb. 1986-cı ildə Gənclər Kartı prosesinə 6 dövlətin, Belçika, Fransa, Niderland, Portuqaliya, Şotlandiya və İspaniyanın qoşulduğunu diqqətə çatdıran qonaq onu da bildirib ki, 1990-cı ildə qarşılıqlı güzəştləri müəyyən edən Lissabon Protokolu imzalanıb. Jarkko Lehikoynen məhz bu sənəddən sonra hazırda əsas ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Avropa Gənclər Kartı Assosiasiyasının fəaliyyətə başladığını söyləyib. Həmin vaxtdan etibarən Avropa Gənclər Kartı Assosiasiyasına üzv olan təşkilatların, kart istifadəçilərinin sayı sürətlə artmağa başlayıb, gənclərə təhsil, nəqliyyat, yataqxana, istirahət, eləcə də digər sahələrdə edilən güzəşt və imtiyazlar genişləndirilib.
O deyib ki, 1991-ci ildə bu təşkilat gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalayıb, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlayıb. Eyni zamanda qonaq hazırda Avropanın 40-a yaxın ölkəsinin Gənclər Kartı prosesinə qoşulduğunu, bütövlükdə isə bu ölkələrdən 30 yaşınadək 4 milyondan çox gəncin qeyd olunan kartların daşıyıcısı olduğunu nəzərə çatdırıb. Jarkko Lehikoynenin sözlərinə görə, Gənclər Kartı gənclərə maddi dəstək vasitəsidir və bu vəsiqələrdən istifadə edənlər müxtəlif sahələri əhatə edən 80 minə qədər endirimdən bəhrələnə bilərlər. Kartların üzərindəki çip-kartların vəsiqənin sahibi haqqında müəyyən informasiya daşıdığından bəhs edən qurum rəhbəri bu prosesin iqtisadi tədbir olduğunu vurğulayıb və əlavə edib ki, onun əsas məqsədi gənclərin bir araya gətirilməsidir. Jarkko Lehikoynen onu da qeyd edib ki, Gənclər Kartının Azərbaycanda tətbiqi ilə bağlı Gənclər və İdman Nazirliyində ciddi müzakirələr aparılıb. Assosiasiya rəhbəri bu kartların Azərbaycanın ali məktəblərində tətbiq olunması üçün təhsil naziri Misir Mərdanovdan dəstək göstərməyi xahiş edib.
Misir Mərdanov Jarkko Lehikoynenə bu vəzifədə ilk səfərini Azərbaycana etdiyi üçün təşəkkürünü bildirib. Təhsil naziri Avropa Gənclər Kartının Azərbaycanda da tətbiq olunmasını dəstəklədiyini, xüsusilə ali məktəb tələbələrinə qeyd olunan vahid formada kartların verilməsinə lazımi köməklik göstərməyə hazır olduğunu vurğulayıb. Misir Mərdanov Avropa Gənclər Kartının tətbiqi üçün konkret addımlar atmaq məqsədilə Təhsil Nazirliyində görüləcək işlərlə bağlı növbəti müzakirənin aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Azərbaycanın Avropa təhsil məkanına inteqrasiya olunduğunu diqqətə çatdıran təhsil naziri Avropa Şurası və Avropa Komissiyasının dəstəklədiyi bu prosesə qoşulmağın zəruri olduğunu vurğulayıb. O, daha sonra Avropa Gənclər Kartının Azərbaycan ali məktəblərində tətbiqi, bu istiqamətdə görüləcək işlər barədə rəy və təkliflərini bildirib.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35